Azərbaycanın tanınmış jurnalisti, “Euronews” telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həlak olub.
Tribunainfo.az xəbər verir ki, bu barədə jurnalistin yaxınları məlumat veriblər.
Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub.
Onun “Euronews” üçün hazırladığı reportajlar, ələlxüsus da, 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən süjetləri obyektivliyi və dərin peşəkarlığına görə ona böyük nüfuz qazandırıb.