AZ

Tanınmış azərbaycanlı jurnalist faciəvi şəkildə həlak oldu

Azərbaycanın tanınmış jurnalisti, “Euronews” telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həyatını itirib.

 

Bu barədə Trend-ə jurnalistin yaxınları məlumat veriblər.

 

Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub. Onun “Euronews” üçün hazırladığı reportajlar, ələlxüsus da, 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən sujetləri obyektivliyi və dərin peşəkarlığına görə ona böyük nüfuz qazandırıb.

 

Allah rəhmət eləsin!

Seçilən
0
27
senzor.az

10Mənbələr