EN

Hindistan Çinlə müharibəyə hazırlaşır?

Hindistanın idarəsində olan mübahisəli Ladakh bölgəsində, Çin sərhədinə yaxın yerləşən “Mudh-Nyoma” hərbi hava bazası fəaliyyətə başladığı elan edilib.

"Cebheinfo.az" NDTV-yə istinadən xəbər verir ki, rəsmilərin bildirdiyinə görə, Çinlə müvəqqəti sərhədi təşkil edən Faktiki Nəzarət Xəttindən təxminən 25 kilometr məsafədə yerləşən hava bazası fəaliyyətə başlayıb. Onlar bunun “Hindistan ordusunun döyüş hazırlığı imkanlarını artıracağını” qeyd ediblər.

Rəsmilər əlavə ediblər ki, fəaliyyətə başlamasından sonra hava bazasından qırıcı təyyarələr, helikopterlər və nəqliyyat təyyarələri istifadə edə biləcək.

Xatırladaq ki, Çin və Hindistan arasında Himalay dağ silsiləsi boyunca uzanan qeyri-müəyyən sərhəd xətti suverenlik mübahisələrinə səbəb olur.

İki ölkə arasında Himalaylardakı mübahisəli sərhəd xəttində 2020-ci ildə baş verən toqquşma ilə gərginlik zirvəyə çatmışdı. Mübahisənin həlli üçün aparılan danışıqlar ötən il razılaşma ilə nəticələnmişdi.

Tərəflər 22 oktyabr 2024-cü ildə iki ölkə arasındakı müvəqqəti sərhədi təşkil edən Faktiki Nəzarət Xəttinin Ladakh bölgəsində qarşılıqlı patrul fəaliyyətlərinin tənzimlənməsi barədə razılığa gəldiklərini açıqlamışdılar.

Bundan sonra, 27 oktyabrda, Hindistan və Çin arasında 5 ildən sonra ilk birbaşa uçuş Hindistanın Kalküta şəhərindən Çinin Quancou şəhərinə həyata keçirilmişdi.

Chosen
22
cebheinfo.az

1Sources