EN

ADY: Bakı Limanında yükaşırmanın həcmi artdı - FOTO

Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tabeliyində olan Bakı Beynəlxalq Dəniz Limanında 7 milyon tona yaxın yük aşırılıb.

Bu barədə Avtosfer.az ADY-yə istinadən xəbər verir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur.

Həmçinin bildirilib ki, analoji dövrdə limanda aşırılmış 86 min TEU yük həcmi ötən ilin eyni dövrünün göstəricisini 38 %-dən çox üstələyib.

Chosen
10
6
avtosfer.az

3Sources