EN

“BÜDCƏYƏ QƏSD, DÖVLƏTƏ, XALQA QƏSDDİR” “Bir də görürsən bir nazir, icra başçısı saxlanıldı, ortalığa milyonlar qoyuldu...”

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Maliyyə Nazirliyinin təşəbbüsü ilə müəyyən lazımsız ştatların ləğv olunması zərurətə çevrilib. Bu, təqdirəlayiqdir. Amma bu düşünülmüş şəkildə həyata keçirilməlidir. Burada müəyyən problemlər var".

“AzPolitika” "Unikal"a istinadla xəbər verir ki, bunu Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, Qarabağ Regional Mədəniyyət İdarəsinin bir avtobusu yoxdur: "10 rayonu təmsil edir. Bu adamlar əsgərlərlə görüşə gedirlər, musiqi alətlərini hara qoysunlar? Oxuyanlar, çalğıçılar nə ilə gedib-gəlsinlər? Bunun üçün diqqət, qayğı lazımdır. Xadimə, gözətçi və s. ştatı ləğv etmək asandır. Ancaq onlara çörək vermək lazımdır. Minlərlə belə ştatlar ləğv edilib. Hardasa bir dövlət məmuru özünə iş yeri açır, ora milyonlarla vəsait qoyur. Bu, büdcəyə qənaət deyil, ziyan vurmaqdır. Belə məsələlər gündəmə gətirilib lazımi tədbirlər görülməlidir. Biz büdcəyə nəzarətdən danışırıq. Bir də görürsən bir nazir, nazir müavini, icra başçısı saxlanıldı, ortalığa milyonlarla vəsaiti, villası, obyektləri qoyuldu. Bunlar haradandı, haradan oğurlayıb? Bu rüşvət deyil. Bir çox hallarda maliyyə sənədlərinin saxtalaşdırılmasıdır. Layihələr, tenderlər var ki, onların başdangetdi həllidir. Büdcəyə qəsd, dövlətə, xalqa qəsdir. Hər birimiz bu sahədə mübarizəmizi aparmalıyıq".

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
6
azpolitika.info

8Sources