EN

Nazirdən dabaq xəstəliyi ilə bağlı AÇIQLAMA

Kənd təssərrüfatı məhsulları istehsalçılarına məxsus mal-qaranın qarayara, dabaq, quduzluq və digər yoluxucu xəstəliklərdən qorunması məqsədilə dövlət büdcəsi hesabına vaksinləşmə aparılır.

Minval.info xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib.

“2026-cı ildə baytarlıq xidmətinin həyata keçirilməsi, dövlət büdcəsi vəsaiti hesabına dərman, vaksinlərin, baytarlıq ləvazimatların alınması üçün 41,9 milyon manat nəzərdə tutulub. Nəzərdə tutulmuş vəsaitə 3 milyon manat əlavə olunması üçün də müraciət olunub” – nazir qeyd edib.

Minval.info

Chosen
26
6
minval.info

7Sources