EN

İran prezidenti: “Hökumət və parlament inflyasiyanın əsas səbəbidir”  

Vətəninfo.az xəbər verir ki, bu gün İran prezidenti Məsud Pezeşkian ölkədəki qiymət artımları ilə bağlı hökuməti sərt tənqid edib.

Pezeşkian, “X” hesabında inflyasiyanın səbəbkarı kimi hökumət və parlamenti göstərərək yazıb:

“Heç kürsüdən kiminsə günahkar olduğunu dediyimi eşitmisinizmi? Biz özümüzü günahlandırmalıyıq. İnflyasiyanın səbəbkarı hökumət və parlamentdir. Gəlin özümüzdən başlayaq. Bu ilin büdcəsində lazımsız xərcləri aradan qaldıraq. Bunu birlikdə həll etməyimizə kömək edin”.

Chosen
114
4
veteninfo.az

6Sources