Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İran Prezidenti Məsud Pezeşkian ölkədəki qiymət artımları ilə bağlı hökuməti sərt tənqid edib.
Bu barədə "X" hesabından paylaşım edən Pezeşkian inflyasiyanın səbəbkarı kimi hökumət və parlamenti göstərib.
“Heç kürsüdən kiminsə günahkar olduğunu dediyimi eşitmisinizmi? Biz özümüzü günahlandırmalıyıq. İnflyasiyanın səbəbkarı hökumət və parlamentdir. Gəlin özümüzdən başlayaq. Bu ilin büdcəsində lazımsız xərcləri aradan qaldıraq. Bunu birlikdə həll etməyimizə kömək edin", -deyə o qeyd edib.
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.