EN

Nazirə sual: 8 saat çalışan müəllimin maaşı necə hesabalanaq?

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Elm və təhsil naziri Emin Əmrullayev son günlərin ən çox müzakirə olunan təhsil məsələsi -müəllimlərin maaşının iş saatına görə hesablanmasına aydınlıq gətirib.

Bakıvaxtı.az-ın məlumatına görə, nazir qeyd edib ki, saathesabı, yarımştat kimi yox, müəllim tamamilə daimi ştatda olacaq:

“Müəllimlərin dərs yükü həftədə 18-24 saat təşkil edəcək. Qalan zamanda müəllim şagirdlərlə işləyəcək. Sertifikasiyada yüksək bal toplayan müəllimlər bu sistemlə yüksək maaşla işləyəcək. Bu, məcburi olmayacaq. İstəməyən müəllimlər saathesabı sistemlə davam edə biləcək. Müəllimlərin orta aylıq əməkhaqqının aşağı olmasının səbəbi saathesabı sisteminə görədir. Həftədə 4 saat dərs deyən müəllim nə qədər maaş ala bilər ki?”.

Məsələni dəyərləndirən elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Bakıvaxtı.az-a bildirib ki, müəllimlərin maaşının dərs saatına görə deyil, iş saatına görə hesablanması mahiyyət etibarilə yaxşı qərardır. Onun sözlərinə görə, məktəb və müəllim adının nüfuzuna birbaşa müsbət təsirdir. Bunun könüllü olması isə müəllimlərin lap ürəyindən oldu.

Elmin Nuri, elm və təhsil məsələləri üzrə tədqiqatçı

E.Nuri aidiyyəti üzrə sual da ünvanlayıb:

“Yaxşı, bəs, burada 8 saatlıq iş rejimi əsasında çalışan müəllimin maaşı necə hesabalanaq? Axı müəllim dərs saatından başqa həmin iş rejimində əlavə işləri -fərdi hazırlıq, sosial aktivlik, proqramın hazırlanması, mövzuya hazırlıq və s də görəcək. Bizdə də görən, Finlandiya, Almaniya və s. təcrübəsində olduğu kimi bu model əsasında işləyən müəllimə əlavə bonuslar tətbiq olunacaqmı?!”

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
bakivaxti.az

2Sources