EN

Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb

Ermənistanın İstintaq Komitəsində bu gün iki din xadimi - keşişlər Yeqişe Barseqyan və Muşe Vaqanyan dindirilib.

Bakıvaxtı.az-ın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Vaqanyanın vəkili Armine Fanyan bildirib.

"Bu gün keşişləri diskriminasiya və yığıncaqlarda iştirak etməyə məcbur etmə ilə bağlı cinayət işi çərçivəsində dindirməyə çağırıblar", - A.Fanyan deyib.

Onun sözlərinə görə, onlar şahid qismində dindirilib. Vəkil bildirib ki, İstintaq Komitəsindən daha 10 nəfərə yaxın din xadimi, o cümlədən Araqasotn yeparxiyasının keşişləri Vrtanes Baqalyan, Zorayr Karapetyan və başqaları bildiriş alıblar.

Oktyabr ayında mətbuatda yayılmış 2023-cü ilə aid səs yazısına əsasən, II Qareginin keçmiş əsa daşıyıcısı Aqan Ernjakyann Eçmiədzinin Xarici əlaqələr və protokol departamentinin direktoru arxiyepiskop Natan Ovannisyanla söhbətində katolikosun onu hökumət əleyhinə nümayişlərdə iştirak etməyə məcbur etməsindən şikayət edib.

Oktyabrın 17-də qalmaqallı səs yazısı ilə bağlı cinayət işinin açıldığı məlum olub.

Chosen
9
4
bakivaxti.az

5Sources