EN

Bu məktəbin yanında hərəkət birtəfərli olmalıdır Yeni parklanma zonası və rahat hərəkət TƏKLİF VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtda elə ərazilər var ki, artıq uzun illərdir orada yaranan vəziyyət sakinlərin və sürücülərin narazılığını günü-gündən artırır. Xüsusən, valideynlərin övladlarını avtomobillə məktəbə gətirmələri belə ərazilərdə xaosa səbəb olur.

Avtosfer.az xəbər verir ki, Bakının Səbail rayonunda da vəziyyət eynidir. Belə ki, şəhərin Parlament prospektindən 20 nömrəli məktəbin arxa girişinə doğru uzanan yolda hər gün yaranan bu hal artıq ərazidə uzunmüddətli sıxlığa gətirib çıxarır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamsında deyib ki, daha əvvəl Parlament prospektindəki iaşə müəssisələri ərazidəki vəziyyətdən şikayət edirdi:

“20 nömrəli məktəblə üzbəüz obyektlərin sahibləri şikayət edirdi ki, velosiped zolağının çəkilməsi onların işinə mənfi təsir edir. Parklanma üçün şərait olmadığına görə müştərilər obyektə gəlmir, çətinlik yaranır. İndi baxıb görürük ki, məktəblər Fəxri xiyaban arasındakı yolda dözülməz vəziyyət yaranır. Ona görə də biz bu ərazidə dayanma-durma qaydalarını pozanların çoxluğunu nəzərə alaraq təklif edirik ki, orada hərəkət birtərəfli təşkil edilsin. Belə olsa, orada hətta ikitərəfli parklanma yeri də yaradıla bilər. Nəticədə, məktəbə uşaq gətirən valideynlər üçün də vəziyyət dəyişəcək, üzbəüzdəki obyektlər üçün də parklanma üçün normal şərait yaranacaq. Müştərilər həmin hissədə maşın saxlayıb yolu rahat şəkildə keçə biləcəklər. Təklif edirəm ki, “zebra” da təşkil edilsin. Çünki svetoforla tənzimlənmə varsa orada “zebra”nın qoyulmasına da gərək var. Belə olan halda orada bugünkü xaotik vəziyyət aradan qalxa bilər”.

20 nömrəli məktəbin önündə yaranan vəziyyətlə bağlı Elməddin Muradlının həmin təklifini və ərazidən görüntüləri sizə təqdim edirik:

Səfər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
477
50
avtosfer.az

10Sources