AZ

Bakının əksər küçə və prospektlərində hərəkət iflic olubVİDEO

Bakıda səhər saatlarından etibarən nəqliyyatın hərəkətində ciddi sıxlıq müşahidə olunub. Bəzi küçə və prospektlərin bağlanması ilə alternativ yollarda da hərəkət çətinləşib.

Xezerxeber.az-ın məlumatına görə, uzun tıxac paytaxtın əksər küçə və prospektlərində hərəkətin iflic olmasına səbəb olub.

Sürücülər deyirlər ki, mənzil başına çatmaq üçün  alternativ yollar axtarsalar da, bu, mümkün olmayıb. Çünki bütün istiqamətlərdə hərəkət dayanıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi isə vətəndaşları bugünlərdə avtomobillərdən mümkün qədər az istifadə etməyi tövsiyə edir.

Qeyd edək ki, məhdudiyyət sabah da davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 



Seçilən
153
50
xezerxeber.az

10Mənbələr