EN

Bu ilin ən güclü maqnit qasırğası müşahidə olunur

Noyabrın 12-nə keçən gecə başlayan maqnit qasırğası artıq təxminən 36 saatdır ki, Yer planetində müşahidə olunur.

Missiya.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş astronomiyası və heliogeofiziki cihazqayırma laboratoriyası məlumat yayıb.

Məlumata görə, maqnit qasırğası dünən təxminən səhər saat 4 radələrində başlayıb və G4,7 səviyyəsinə (bu ilin ən yüksək göstəricisinə) çatıb. Hazırda təxminən 36 saatdır davam edir.

Qasırğanın günün sonuna kimi səngiyəcəyi gözlənilir.

Chosen
12
7
missiya.az

9Sources