EN

CNN Brasil: Tramp tezliklə qəhvə tariflərini qaldıra bilər

ABŞ Prezidenti Donald Tramp tezliklə Braziliya qəhvəsinə tarifləri yenidən nəzərdən keçirə və ya ləğv edə bilər.

Bakıvaxtı.az "CNN Brasil"ə istinadən xəbər verir ki, Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə ABŞ dövlət katibi Marko Rubio arasında Vaşinqtonda keçiriləcək görüşdə qəhvə tarifinin qaldırılması əsas müzakirə mövzularından biri olacaq. 

Məlumata görə, Rubio tarifin qaldırılması məsələsini qaldıracaq. Çünki Tramp artıq ABŞ-də qəhvə qiymətlərinin aşağı salınması üçün addımların atılmasını tələb edib.

Görüşün iki ölkə arasında yeni ticarət sazişinin hazırlanması ilə nəticələnəcəyi gözlənilir. 

Gülşən Şərif

Chosen
12
1
bakivaxti.az

2Sources