EN

Son Dəqiqə: Qırıcı təyyarə qəzaya uğradı - Ölənlər var

Rusiyanın şimal-qərbində yerləşən Kareliya Respublikasının paytaxtı Petrozavodsk yaxınlığında qırıcı təyyarə qəzaya uğrayıb.

 

Paytaxtorg publika.az-a istinadla xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.

 

Kanalın mənbəsinin verdiyi məlumata görə, qəzaya uğrayan qırıcı Su-27 modelidir. Hadisə şəhər aeroportunun yaxınlığında baş verib - təyyarə meşəlik əraziyə düşüb.

 

Lakin "112" "Telegram" kanalı bunun "Su-30" modeli olduğunu bildirib. Həmçinin kanalın mənbəsi ekipajın iki üzvünün öldüyünü qeyd edib.

 

Hadisə yerinə təcili yardım xidmətləri göndərilib.

Chosen
21
9
paytaxt.org

10Sources