Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.
Msport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız “Neftçi Arena”da İslandiya ilə üz-üzə gəlib.
Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. İslandiya seçməsi ilk hissədə vurduğu 2 qolla 3 xal qazanlb.
Qeyd edək ki, bu komandalar arasında Reykyavikdə keçirilmiş oyunda İslandiya 5:0 hesabı ilə qalib gəlmişdi.
Mllimiz növbəti oyununu noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransaya qarşı keçirəcək. Oyun saat 21:00-da start götürəcək.
DÇ-2026, seçmə mərhələ, 5-ci tur
13 noyabr
D qrupu
21:00. Azərbaycan – İslandiya – 0:2 (İkinci hissə)
Qol: Albert Qvüdmündsson, 20, Sverrir İqnason, 39
Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (Monteneqro)
VAR: Momçilo Markoviç (Serbiya)
AVAR: Aleksandar Jivkoviç (Sebiya)
Bakı, 8-ci km. stadionu
23:45. Fransa – Ukrayna