Bu gün DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və İslandiya yığmalarının start heyətləri açıqlanıb.
“İki sahil” xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
Azərbaycan: Aydın Bayramov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov, Emin Mahmudov (k), Abdulla Xaybullayev, Rüfət Abbasov, Toral Bayramov, Xəyal Əliyev, Nəriman Axundzadə
Ehtiyat heyət: Rza Cəfərov, Səlahət Ağayev, Rəhman Daşdəmirov, Səbuhi Abdullazadə, Renat Dadaşov, Bədavi Hüseynov, Coşqun Nuriyev, Rüfət Abdullazadə, Qismət Alıyev, Cəlal Hüseynov, Anatoli Nuriyev.
İslandiya: Oulaffson, Ellertssson, Qretarsson, İnqason, Pallson, Qvyudmyundsson, Youhanesson, Haraldsson (k), Qvyudmyundsson, Hlinsson, A.Qudyonsen.
Ehtiyat heyət: Valdimarsson, Eynarsson, Q.Tordarson, Totsteynsson, Villümsson, S.Tordarson, Qunnarsson, Baldürsson, Byarkason, D.Qudyonsen, Maqnusen.
***
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin V turu çərçivəsində keçirilən Azərbaycan-İslandiya oyunu başlayıb.
“İki sahil” xəbər verir ki, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunan görüş saat 21:00-da start götürüb.
Qarşılaşmanı Monteneqro və Serbiyadan olan hakimlər briqadası idarə edir.
***
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ilk hissə başa çatıb.
“İki sahil” xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar fasiləyə 2:0 hesabı ilə üstün yollanıblar.
Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.