EN

Sinnerin məşqçisi Cokoviçin şərhlərinə sitatla cavab verdi

Keçmişdə Andre Aqassi və Endi Marey ilə çalışan məşhur tennis məşqçisi Darren Kehill, hazırda İtaliyanın ikinci raketi Yannik Sinner ilə əməkdaşlıq edir.

90deqiqe.Az xəbər verir ki, Kehill sosial şəbəkədə filosof Bill Bullarda aid sitatı paylaşaraq diqqət çəkib:

“Fikir insan biliklərinin ən aşağı formasıdır. O, məsuliyyət və anlayış tələb etmir. Biliklərin ən yüksək forması – empatiyadır, çünki bu, öz eqosundan uzaqlaşmağı və başqalarının dünyasında yaşamağı tələb edir.”

Bu paylaşımın Kehillin Novak Cokoviçin Sinnerin dopinq işi ilə bağlı şərhlərinə reaksiyası kimi qiymətləndirir.

Qeyd olunur ki, sitat yalnız bir neçə saat əvvəl Cokoviçin müsahibəsi yayımlandıqdan sonra paylaşılıb.

Chosen
39
90deqiqe.az

1Sources