EN

DÇ-2026: Azərbaycan millisi İslandiyaya Bakıda da uduzdu

Bu gün futbol üzrə Azərbaycan millisi dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, seçmə mərhələnin D qrupunda qərarlaşmış millimiz 5-ci tur çərçivəsində İslandiya yığması ilə üz-üzə gəlib.

Tərəflər Bakıdakı 8-ci km stadionunda qarşılaşıblar. Görüşü Monteneqrodan olan hakimlər briqadası idarə edib. Oyunun baş hakimi Nikola Dabanoviç olub.

İslandiya yığması Azərbaycan millisi üçün tanış rəqib idi. Sözügedən komanda ilə indiyə qədər 2 oyun keçirmişdik. Bunlardan sonuncusu elə bu seçmə mərhələyə təsadüf edib. Reykyavik şəhərindəki görüşdə millimiz rüsvayçı məğlubiyyətlərindən birinə üzülüb – 0:5.

Bu komandalar arasındakı ilk görüş də 2008-ci ildə Reykyavikdə keçirilib. Lakin həmin oyun yoxlama görüşü olub və 1:1 hesabıyla yekunlaşıb. Bir sözlə, İslandiya yığması ilə ilk dəfə ölkəmizdə üz-üzə gəlirdik.

Azərbaycan millisi bu seçmə mərhələdə uğursuz çıxışı ilə seçilirdi. Komandamız İslandiyaya səfərdə 0:5, Fransaya 0:3, Ukraynaya 1:2 hesabıyla uduzmuşdu. Millimizin yeganə “uğuru” Ukraynadan Bakıda xal alması idi – 1:1.

Elə bu görüşdə də yığmamız məğlubiyyətə üzülüb. İslandlar Bakıda 2 cavabsız qolla 3 xal qazanıblar.

Qeyd edək ki, D qrupunun bu gün keçiriləcək digər oyununda Ukrayna millisi Fransa yığmasının qonağı olacaq.

DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
13 noyabr

Azərbaycan – İslandiya 0:2
Qollar: Albert Qudmundsson, 20. Sverrir İnqason, 39.
Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (Hamısı Monteneqro)
VAR hakimləri: Momçilo Markoviç, Aleksandar Jivkoviç (hər ikisi Serbiya).
Bakı. 8-ci km qəsəbə stadionu. Saat 21:00.

Azərbaycan: 12. Aydın Bayramov, 3. Rüfət Abbasov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 7. Toral Bayramov, 8. Emin Mahmudov (k), 10. Nəriman Axundzadə, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 19. Xəyal Əliyev, 20. Abdulla Xaybullayev.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 6. Səbuhi Abdullazadə, 9. Renat Dadaşov, 11. Rüstəm Əhmədzadə, 15. Bədavi Hüseynov, 16. Ceyhun Nuriyev, 17. Rüfət Abdullazadə, 18. Cəlal Hüseynov, 21. Qismət Alıyev, 22. Anatoli Nuriyev.
Baş məşqçi: Ayxan Abbasov.

İslandiya: 1. Elias Olafsson, 3. Daniel Qretarsson, 4. Viktor Palsson, 5. Sverrir İnqason, 7. Yohann Qudmundsson, 8. İsak Berqmann Yohanesson, 9. Hakon Arnar Haraldsson (k), 10. Albert Qudmundsson, 16. Mikael Ellertsson, 20. Kristian Hlinsson, 22. Andri Qudyonsen.
Ehtiyat oyunçular: 12. Hakon Valdimarsson, 13. Anton Eynarsson, 6. Gisli Tordarson, 11. Yon Daqur Torsteynsson, 15. Brinyolfur Villumsson, 16. Stefan Tordarson, 17. Aron Qunnarsson, 18. Andri Baldursson, 19. Byarki Byarkason, 21. Daniel Qudyonsen, 23. Hordur Maqnusson.
Baş məşqçi: Arnar Qunnlauqsson.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
37
21
arena.az

10Sources