EN

Türkiyəyə məxsus yanğınsöndürən təyyarə radarlardan itib

Türkiyəyə məxsus yanğınsöndürən təyyarə radarlardan itib.

Bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb:

“Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus iki AT802 yanğınsöndürmə təyyarəsi 12 noyabr saat 10:24-də Xorvatiyanın Zaqreb şəhərinə planlı texniki qulluq üçün Çanaqqaladan yola düşüb. Meteoroloji şəraitə görə iki təyyarə Xorvatiyanın Rejika hava limanında gecələyib. Onlar bu gün Türkiyə vaxtı ilə saat 17:38-də Zaqreb Hava Limanına yola düşdükdən sonra əlverişsiz hava şəraiti səbəbindən Rejika Hava Limanına qayıdıblar. Qayıdış marşrutu zamanı təyyarələrimizdən biri Rejika Hava Limanına eniş edib, lakin Türkiyə vaxtı ilə saat 18:25-də digər təyyarə ilə əlaqə kəsilib. Məsul pilotumuzu və təyyarəni tapmaq üçün Xorvat bölmələri ilə koordinasiyada axtarış-xilasetmə işlərinə başlanılıb. Təfərrüatlar aydınlaşdıqca ictimaiyyətə məlumat verməyə davam edəcəyik”.

"Cebheinfo.az" 

Chosen
51
1
cebheinfo.az

10Sources