EN

SOCAR Gürcüstana indiyədək 2 mlrd. dollardan artıq yatırım edib - YENİLƏNİB

Energetika naziri Pərviş Şahbazov Gürcüstanın ev sahibliyi etdiyi “Yaşıl enerji kabeli” layihəsi üzrə nazirlər toplantısı çərçivəsində Tbilisidə işgüzar səfərdədir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Şahbazov başçılıq etdiyi nümayəndə heyəti ilə birgə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb. Tərəflər Azərbaycanla Gürcüstan arasında enerji əməkdaşlığının prioritet istiqamətlərini, Cənubi Qafqaz enerji sistemini Avropa enerji sistemi ilə birləşdirən enerji kabelinin çəkilməsi üzrə layihənin həyata keçirilməsi ilə bağlı önəmli məsələləri müzakirə ediblər.

Nazirlər bərpa olunan enerji sektorunun inkişafına töhfə verəcək, Avropa İttifaqı ilə Cənubi Qafqaz regionu arasında tranzit və ikitərəfli ticarət imkanlarını genişləndirəcək layihənin strateji əhəmiyyətini bir daha vurğulayıblar.

Qeyd olunub ki, iki dost ölkə enerji təhlükəsizliyi, regional inteqrasiya və davamlı inkişaf kimi ümumi məqsədlərə nail olmaq üçün tərəfdaşlığı fəal şəkildə davam etdirir.

Söhbət zamanı iki ölkədə enerji infrastrukturunun və hidroenergetika ehtiyatlarının inkişafı, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın daha da gücləndirilməsi məsələləri də nəzərdən keçirilib. Vurğulanıb ki, Gürcüstanın enerji potensialı hidroenergetika layihələri, eləcə də günəş, külək və digər bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsinə imkan verir. Gürcüstan hökumətinin mühüm proqramlar həyata keçirdiyi, enerji sektorunda investorlar üçün cəlbedici mühitin yaradıldığı bildirilib.

***

09.59

SOCAR-ın Gürcüstana yatırdığı investisiyaların həcmi 2,1 milyard ABŞ dollarına çatır.

APA-Economics” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu ilin ilk 9 ayında Azərbaycandan Gürcüstana 1,5 milyard kubmetr #təbiiqaz tədarük edilib, elektrik enerjisi ixracı isə 372 milyon kVt/saat olub.

“Tbilisidə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə strateji enerji tərəfdaşlığı mızın prioritetlərini və yeni layihələrin qarşılıqlı faydalı əsasda inkişafını müzakirə etdik. SOCAR-ın Gürcüstana yatırdığı nvestisiyaların həcmi 2,1 milyard ABŞ dollarına çatır. Bu ilin ilk 9 ayında ölkəyə 1,5 milyard kubmetr təbiiqaz tədarük edilib, elektrikenerjisi ixracı isə 372 milyon kVt/saat olub”, - paylaşımda qeyd olunur.

Cəmilə Babayeva

SOCAR
Chosen
138
5
apa.az

9Sources