AZ

SOCAR-ın Gürcüstana yatırdığı investisiyaların həcmi 2,1 milyard ABŞ dollarına çatır - Nazir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstana yatırdığı investisiyaların həcmi 2,1 milyard ABŞ dollarına çatır.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Tbilisidə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə strateji enerji tərəfdaşlığımızın prioritetlərini və yeni layihələrin qarşılıqlı faydalı əsasda inkişafını müzakirə etdik. SOCAR-ın Gürcüstana yatırdığı investisiyaların həcmi 2,1 milyard ABŞ dollarına çatır. Bu ilin ilk 9 ayında ölkəyə 1,5 milyard kubmetr təbii qaz tədarük edilib, elektrik enerjisi ixracı isə 372 milyon kVt/saat olub".

Seçilən
62
4
day.az

9Mənbələr