Kişilərdən ibarət “Azərreyl” voleybol klubu CEV Kubokunda ilk matçına çıxıb.
"Football-plus.az" xəbər verir ki, Bakı təmsilçisi 1/32 finalda Niderlandın “Orion Stars” komandası ilə üz-üzə gəlib.
Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən oyun rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.
Bu komandalar arasında cavab görüşü noyabrın 19-da Niderlandda keçiriləcək. Cütün qalibi 1/16 finalda İsveçrənin “Amrisvil” kollektivi ilə qarşılaşacaq.