AZ

Azərbaycan klubu CEV kubokunun ilk oyununda MƏĞLUB OLDU

Azərbaycanın kişilərdən ibarət “Azərreyl” voleybol klubu CEV Kubokunda ilk matçına çıxıb.

Bizim.Media xəbər verir ki, Bakı təmsilçisi 1/32 finalda Niderlandın “Orion Stars” komandası ilə üz-üzə gəlib.
 

Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən oyun rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.


Qeyd edək ki, bu komandalar arasında cavab görüşü noyabrın 19-da Niderlandda keçiriləcək. Cütün qalibi 1/16 finalda İsveçrənin “Amrisvil” kollektivi ilə qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
49
3
bizim.media

4Mənbələr