EN

Dörd klub “Qalatasaray” ulduzu ilə maraqlanır

“Qalatasaray”ın təcrübəli hücumçusu Mauro İkardi mövsümün sonunda komandasından ayrıla bilər. 

Apasport.az “Corriere Dello Sport”a istinadən xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq argentinalı forvard üçün bir sıra klublar artıq məlumat toplamağa başlayıb.

"Estudiantes", "America", NEOM SC və “Milan” İkardinin transferi ilə maraqlanan komandalar arasındadır.

İkardinin gələcək karyerası ilə bağlı verəcəyi qərarda ailə vəziyyətinin də mühüm rol oynayacağı gözlənilir.

Qeyd edək ki, Mauro İkardi “Qalatasaray” forması ilə indiyə qədər 102 rəsmi oyunda meydana çıxıb və 67 qol, 22 asistlə yadda qalıb.

Mançininin yeni iş yeri bəlli olub

Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu

"Barselona" "Yuventus"un futbolçusunu istəyir

"Qalatasaray" Lookman transferində israrlıdır

"Leypziq"in futbolçusu "Fənər"in radarında

Chosen
93
21
apasport.az

10Sources