Karim Benzema mövsüm sonunda "Əl İttihad" klubundan ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, futbolçu açıqlamasında deyib ki, mövsümün sonunda "Əl İttihad" klubundan ayrılıb-ayrılmayacağı hələ məlum deyil:

"Mövsümün sonunda Əl-İttihaddan ayrılıb-ayrılmayacağımı bilmirəm, müqaviləm başa çatır. Bu bir çox faktora bağlıdır. Nələr olacağını görəcəyik.”

Fransız hücumçu gələcək planlarını hələ tam qərara bağlamadığını vurğulayıb və mövsümün sonuna qədər vəziyyətin aydınlaşacağını bildirib.