EN

14 il deputat olub, indi icra başçısıdır FOTO

Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda deputat mandatını icra başçısı postuna dəyişən məmurlardan biri də Rüstəm Xəlilovdur.

Metbuat.az-ın məlumatına görə, Rüstəm Xəlilov 1958-ci il iyunun 1-də Sabirabad rayonunun Hacıbəbir kəndində anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Rüstəm Xəlilov 2005-ci ildə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib. Onun deputat karyerası 14 il davam edib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin dekabrında Rüstəm Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Beş il sonra isə vəzifəsindən azad edilərək Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Rüstəm Xəlilov 17 sentyabr 2024-cü ildən Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Digər icra başçılarından fərqli olaraq Xəlilovun adı heç vaxt qalmaqallarda hallanmayıb. O, mətbuatla əməkdaşlığa həvəssiz yanaşan icra başçısı kimi tanınır.

Fotoda: Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov

Zaur Əliyev / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
325
50
metbuat.az

10Sources