EN

Dünya çempionu olmuş boksçunun qanında kokain izləri aşkarlanıb

Bakı, 14 noyabr, AZƏRTAC

Boks üzrə dünya çempionu Cozef Parker dopinq testindən keçə bilməyib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, idmançının qanından kokain izləri aşkarlanıb.

Parker oktyabrın 25-də Fabio Uordliyə nokautla uduzduğu döyüşdən sonra yoxlanılıb. 33 yaşlı yeni zelandiyalı döyüşçü həmin qarşılaşmada 11-ci raundda texniki nokautla məğlub olub.

Bu səbəbdən idmançıya uzunmüddətli cəza veriləcəyi gözlənilir. Mütəxəssislər boksçunun iki il müddətinə diskvalifikasiya oluna biləcəyini ehtimal edirlər.

Chosen
139
1
azertag.az

2Sources