EN

Tehran sakinləri dua etməyə başladılar Görün Allahdan nə istəyirlər...

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran paytaxtının sakinləri quraqlığın yaratdığı su böhranı fonunda yağış yağması üçün Allaha dua edirlər.

Globalinfo.az xəbər verir ki, Tehranın şimalındakı məşhur İmamzadə Saleh ziyarətgah kompleksində keçirilən dua mərasiminə İmam Xomeyninin şagirdi Ayətullah Cəmaləddin Dinpərvər rəhbərlik edib.

Rəhbərin ardınca duada iştirak edən kişilər və qadınlar günahlarına görə ağlayıb əllərini göyə qaldıraraq Tanrıya yağış yağdırması üçün dua ediblər.

Bunun ardınca meteorologiya xidməti Tehranda sabahdan etibarən güclü yağış yağacağı ilə bağlı proqnoz verib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
85
1
globalinfo.az

2Sources