EN

Təxribatçı “Wargonzo”nun jurnalistini Ermənistandan deportasiya edirlər

“Wargonzo” internet layihəsinin jurnalisti Dmitri Seleznyovun İrəvan hava limanına girişinə icazə verilməyib.

APA xəbər verir ki, bu barədə "WarGonzo"nun "Telegram" kanalında bildirilib.

Seleznyovun ailəsi ilə birlikdə Ermənistana istirahət üçün getdiyi qeyd olunub.

O da bildirilib ki, təfərrüatlar araşdırılır və jurnalist geri dönüş reysini və Ermənistan xüsusi xidmət orqanlarının qərarını əsaslandıran sənədləri gözləyir.

Qeyd edək ki, Dmitri Seleznyov bir neçə dəfə Qarabağa səfər edib, 2020-ci il müharibəsi zamanı hərbi müxbir kimi çalışıb.

Xatırladaq ki, erməni əsilli media maqnatı Aram Gabrielyanov tərəfindən maliyyələşdirilən “WarGonzo” layihəsi İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan haqqında çoxlu dezinformasiya yaymaqla məşğul olub.

Həmin dövrdə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən kanalın müəllifi Semyon Peqov axtarışa da verilib.

Chosen
47
17
apa.az

10Sources