EN

Azyaşlı məktəblilər “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir təşkil etdi

Bakı, 14 noyabr, AZƏRTAC

Bakı şəhəri, Qaradağ rayonu Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir məktəbin ibtidai sinif müəllimi Məhrubə Vəliyevanın təşəbbüsü, 2 Ç sinif şagirdlərininm iştirakı ilə keçirilib.

Tədbirdə məktəbin şagir və müəllim kollektivi ilə yanaşı, şəhid məzunlarının anaları - Ataməli Musaoğlunun anası Leyla Musayeva, Ceyhun Əhmədxanovun anası Rəqibə Seyidova, Pərviz Məmmədovun anası Güllər Məmmədova, Səməndər İsmayılzadənin anası Fəridə İsmayılova iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan toplantıda Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün Hüseynova müstəqil Azərbaycan Respublikasının hüquqi əsaslarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolundan söz açıb, 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyamızın dahi rəhbərin dövlət idarəçiliyindəki uzaqgörənliyinin, xalqına və dövlətinə olan sarsılmaz sədaqətinin təzahürü olduğunu vurğulayıb. Qeyd edib ki, bu ali sənəd Azərbaycanın müstəqil inkişaf yolunu müəyyən edən, insanların hüquq və azadlıqlarının təminatını prioritet kimi göstərən tarixi sənəddir.

Direktor bildirib ki, bu gün Ulu Öndərin müəyyən etdiyi dövlətçilik prinsipləri Prezident, Müzəffər Ali BAş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir, ölkəmizin müstəqilliyi və suverenliyi daha da möhkəmləndirilir.

Sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Abbas Hüseynov 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin əhəmiyyətindən danışıb, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində atdığı tarixi addımlardan danışıb.

Daha sonra 2 Ç sinif şagirdlərinin ifasında milli rəqslər, vətənpərvər ruhda şeir və mahnılar səsləndirilib, səhnəciklər nümayiş olunub.

Chosen
44
9
azertag.az

10Sources