AZ

Kiçik məktəblilər “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir təşkil etdi

Bakı. Trend:

Bakı şəhəri, Qaradağ rayonu Neftçi Qurban adına 288 nömrəli tamorta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbirkeçirilib.

Tədbir məktəbin ibtidai sinif müəllimi Məhrubə Vəliyevanıntəşəbbüsü, 2 Ç sinif şagirdlərininm iştirakı ilə keçirilib.

Tədbirdə məktəbin şagir və müəllim kollektivi ilə yanaşı, şəhidməzunlarının anaları - Musaoğlu Ataməlinin anası Musayeva Leyla,Əhmədxanov Ceyhunun anası Seyidova Rəqibə, Məmmədov Pərvizin anasıMəmmədova Güllər, İsmayılzadə Səməndərin anası - İsmayılova Fəridə,Qaradağ Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Abbas Hüseynoviştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan toplantıda UluÖndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyüuğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün Hüseynovamüstəqil Azərbaycan Respublikasının hüquqi əsaslarınınformalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolundansöz açıb, 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyamızın DahiRəhbərin dövlət idarəçiliyindəki uzaqgörənliyinin, xalqına vədövlətinə olan sarsılmaz sədaqətinin təzahürü olduğunu vurğulayıb.Qeyd edib ki, bu Ali Sənəd Azərbaycanın müstəqil inkişaf yolunumüəyyən edən, insanların hüquq və azadlıqlarının təminatınıprioritet kimi göstərən tarixi sənəddir.

Direktor A. Hüseynova bildirib ki, bu gün Ulu Öndərin müəyyənetdiyi dövlətçilik prinsipləri cənab Prezident, Müzəffər Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir,ölkəmizin müstəqilliyi və suverenliyi daha da möhkəmləndirilir.

Sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin məsulnümayəndəsi Abbas Hüseynov 2025-ci ilin ölkəmizdə “Konstitusiya vəSuverenlik İli” elan edilməsinin əhəmiyyətindən danışıb, UluÖndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən,hüquqi və demokratik dövlət quruculuğu istiqamətində atdığı tarixiaddımlardan danışıb.

Daha sonra 2 Ç sinif şagirdlərinin ifasında milli rəqslər,vətənpərvər ruhda şeir və mahnılar səsləndirilmiş, səhnəciklərnümayiş olunub.

Kiçik
Kiçik
Kiçik
Kiçik
Seçilən
42
9
az.trend.az

10Mənbələr