EN

Toy karvanında yola manatlar SƏPDİLƏR: Çox sayda saxlanılan var

Qubada toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 nəfər Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ajans.az AZƏRTAC-a istinadən xəbər verir ki, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə P.Babayevin barəsində 8 sutka, Ş.Vəliyevin barəsində 15 sutka həbs tədbiri seçilib. Saxlanılan digər şəxslərin barələrində də digər inzibati tənbeh tədbirləri görülüb. Qeyd edək ki, saxlanılan şəxslərin sosial şəbəkələrdə avtoxuliqanlıq edərkən görüntüləri yayılıb. Görüntülərdə karvanda olan avtomobildəki şəxs tərəfindən yola Azərbaycan manatının səpildiyi kadrlar da yer alıb.

Sosial şəbəkədə yayılan kadrlar birmənalı qarşılanmayıb.

Chosen
133
32
Ajans.az

10Sources