AZ

Toy karvanında yola manatlar səpildi: Çox sayda saxlanılan var

Qubada toy karvanında avtoxuliqanlıq edən şəxslərin görüntüləri yayılıb.

Görüntülərdə karvanda olan avtomobildəki şəxs tərəfindən yola Azərbaycan manatının səpildiyi kadrlar da yer alıb.

Sosial şəbəkədə yayılan kadrlar birmənalı qarşılanmayıb.

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 nəfər Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Editor.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə P.Babayevin barəsində 8 sutka, Ş.Vəliyevin barəsində 15 sutka həbs tədbiri seçilib.

Saxlanılan digər şəxslərin barələrində də digər inzibati tənbeh tədbirləri görülüb.

Seçilən
222
32
editor.az

10Mənbələr