EN

BMT Baş katibi Azərbaycanın Ukraynadakı səfirliyinə hücumunu pislədi

“Baş katib bu gün Rusiya tərəfindən Ukraynanın bir neçə bölgəsinə qarşı həyata keçirilmiş genişmiqyaslı raket və dron hücumlarını qətiyyətlə pisləyir. Xəbərlərə görə, paytaxt Kiyev şəhərində azı altı, Çornomorsk şəhərində isə iki nəfər həlak olub. Hücum nəticəsində çoxlu sayda mülki şəxsin yaralandığı, yaşayış və enerji infrastrukturlarının, eləcə də Azərbaycanın Kiyevdəki səfirliyinin zərər gördüyü bildirilir.”

"Unikal" xəbər verir ki, bu, Rusiyanın Ukraynanın bəzi bölgələrini, həmçinin Azərbaycan səfirliyini vurması ilə bağlı BMT Baş katibinin sözçüsünün yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanatda bildirilir ki, mülki şəxslərə və mülki infrastruktura edilən hücumlar beynəlxalq humanitar hüququn pozulması deməkdir və bu cür hücumlar harada baş verməsindən asılı olmayaraq qəbuledilməzdir, dərhal dayandırılmalıdır.

Bəyanatda həmçinin Baş katibin diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini xatırlatdığı bildirilir.

“Baş katib ədalətli, hərtərəfli və dayanıqlı sülhə doğru ilk addım kimi tam, dərhal və şərtsiz atəşkəs çağırışını bir daha səsləndirir. O, bu sülhün BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və müvafiq BMT qətnamələrinə uyğun olaraq Ukraynanın suverenliyini, müstəqilliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tam şəkildə təmin etməli olduğunu vurğulayır”, - bəyanatda deyilir.

 

Chosen
30
unikal.az

1Sources