EN

ARB TV fəaliyyətini dayandırır? Açıqlama KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ARB TV” MMC öz fəaliyyətini davam etdirəcək”.

KONKRET.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

“TV-nin fəaliyyətinə xitam verilməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”, – deyə kanaldan bildirilib.

Qeyd edək ki, mətbuatda “ARB TV” MMC-nin fəaliyyətinə xitam verildiyi barədə xəbərlər yayılıb.

Bildirilir ki, bununla da MMC “Stream-Info” MMC-yə qoşulduğunu və nəticədə yenidən təşkil olunduğunu elan edib.

Qeyd edək ki, “ARB TV” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi isə Emin Vaqif oğlu Sultanovdur. MMC-nin bundan əvvəlki qanuni təmsilçisi isə Murad Dadaşov olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
78
19
konkret.az

10Sources