"Çelsi" qarşıdan gələn qış transfer pəncərəsi üçün işləri davam etdirir.
Paralel.az xəbər verir ki , bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London təmsilçisi "İndependiente del Valle"nin 16 yaşlı futbolçusu Deiner Ordonezinin transferi ilə bağlı razılığa gəlib. Tərəflər bu qış müqavilə imzalayacaqlar. Lakin Deiner 2028-ci ildə komandaya qoşulacaq.
Klub gənc oyunçunun gələcəkdə Levi Kolvilli əvəz edə biləcəyini düşünür.