EN

BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib.

Bu barədə Aznews.az Baş katibin sözçüsü Stefan Düjarrik adından yayılan bəyanata istinadən xəbər verir.

Bəyanatda deyilir: "Baş katib bu gün Rusiya Federasiyasının Ukraynanın bir sıra bölgələrinə endirdiyi irimiqyaslı raket və dron zərbələrini kəskin şəkildə pisləyir. Məlumatlara görə, paytaxt Kiyevdə ən azı altı nəfər və Çornomorsk şəhərində iki nəfər həlak olub.

Hücum nəticəsində mülki şəxslər arasında çoxlu sayda xəsarətlər, yaşayış və enerji infrastrukturuna, habelə Azərbaycan Respublikasının Kiyevdəki səfirliyinə ziyan dəydiyi bildirilir. Mülki əhaliyə və infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüququ pozur.

Chosen
18
19
aznews.az

10Sources