EN

“Həyatda ən böyük arzum idi...” – 30 ildən sonra doğma kəndinə qayıdan qazi

BAKI, 15 noyabr. TELEQRAF

Zəngilan rayonunun Məmmədbəyli kəndinə bu gün yola salınan köç karvanı sırasında birinci Qarabağ müharibəsi iştirakçısı Mehdi Bağırov da var.

Teleqraf xəbər verir ki, uzun illərdən sonra doğma elinə qayıdan M. Bağırov jurnalistlərə açıqlamasında təəssüratlarını bölüşüb: “Mən birinci Qarabağ döyüşlərində iştirak etmişəm. 25 yaşım olanda kəndimizdən çıxmışıq. Dostlarımız, qardaşlarımız şəhid oldu. Torpaqlarımızdan kədərli şəkildə ayrıldıq. Amma bu gün şükürlər olsun ki, öz torpaqlarımıza qayıda bilirik.”

M. Bağırov bildirib ki, ən böyük arzusu doğma torpağı görmək, yenidən o məkanlarda yaşamaq olub: “Allah cənab Prezidentimizi, ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Həyatda ən böyük arzum idi ki, bir gün öz doğma kəndimizə, torpağımıza qayıdım...”

Chosen
41
teleqraf.com

1Sources