EN

ABŞ Braziliya məhsullarına 40 faizlik tarifi saxladı

BAKI, 15 noyabr. TELEQRAF

ABŞ administrasiyası Braziliyadan idxal olunan mallara tətbiq edilən 40%-lik xüsusi tarifi qüvvədə saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "CNN Brasil"in Ağ Evdəki mənbələrə istinadən bildirib.

Məlumata görə, prezident Donald Tramp yalnız bəzi ərzaq məhsullarına qoyulan 10%-lik rüsumu ləğv edib.

Məlumata görə, Trampın imzaladığı son sənəd əsasən Braziliyadan gətirilən mal əti, qəhvə və meyvələr kimi kənd təsərrüfatı məhsullarını əhatə edir. Həmin kateqoriyalarda tarif 10% azaldılıb. Bu dəyişiklikdən əvvəl Braziliya məhsullarına ümumi olaraq 50%-lik rüsum tətbiq edilirdi.

Ağ Evin adının açıqlanmasını istəməyən rəsmiləri vurğulayıb ki, “Braziliya üçün 40%-lik xüsusi tarif qüvvədə qalır”. Yeni qərar yalnız seçilmiş ərzaq məhsullarına şamil olunur və onların ABŞ bazarına daha aşağı rüsumla daxil olmasına imkan verir.

Chosen
13
1
teleqraf.com

2Sources