EN

Türkiyəli mütəxəssislər hərbi təyyarənin qalıqlarını araşdırır

ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli mütəxəssislərindən ibarət qrup Gürcüstanda qəzaya uğramış C-130 hərbi təyyarəsinin qalıqlarını araşdıraraq işləri davam etdirir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verilib.

Ankara bundan əvvəl 20 hərbçinin həyatına son qoyan faciənin səbəblərini ətraflı araşdırmaq üçün Gürcüstana 46 ekspertdən ibarət qrupun göndərildiyini elan etmişdi.

Qəza yerindən ekspertlərin hesabatı və “qara qutu”nun deşifrəsinin nəticələri baş verənlər barədə tam təsəvvür yaratmağa imkan verəcək.

Türkiyə hakimiyyəti qəza ilə bağlı yalnız rəsmi strukturların məlumatlarına istinad etməyə çağırış edib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
10
azpost.info

10Sources