EN

OpenAI ChatGPT-də qrup söhbətləri funksiyasının sınaqlarına başlayıb

OpenAI süni intellektlə ünsiyyət imkanlarını genişləndirən yeni xüsusiyyət – qrup söhbətləri – üzərində sınaqlara start verib. Bu funksiya istifadəçilərə dostlarını, ailə üzvlərini və ya həmkarlarını birbaşa ChatGPT söhbətinə əlavə etməyə imkan verir.

Yeni imkan artıq Yaponiya, Cənubi Koreya və Tayvan istifadəçiləri üçün əlçatandır.

OpenAI-nin məlumatına görə, qrup söhbətləri səyahət marşrutlarının hazırlanması, restoran seçimi, təmir planlaşdırılması və ya iş tapşırıqlarının müzakirəsi kimi birgə fəaliyyətlərdə effektiv istifadə oluna bilər. Bot təqdim olunan məlumatlara əsasən planlar hazırlaya, mətnləri qısalda və qrup müzakirələrində aktiv iştirak edə bilir.

Qrup söhbəti yaratmaq üçün ChatGPT interfeysində bir neçə iştirakçını göstərən ikona seçilir. Aktivləşdirildikdən sonra tarixçəsiz yeni söhbət açılır və istifadəçi ora 20-yə qədər iştirakçı dəvət edə bilər. Qoşulmaq üçün ad və şəkil əlavə olunmuş profil yaratmaq tələb olunur. Söhbətə keçid paylaşmaq mümkündür və əgər qrupda yetkinlik yaşına çatmayanlar varsa, bot məzmunu avtomatik olaraq uyğunlaşdırır.

Qrup söhbətləri GPT-5.1 Auto modeli ilə işləyir. OpenAI bildirir ki, bot mesaj axınını izləyərək cavab vermək üçün ən münasib anı müəyyənləşdirə bilir. İstifadəçilər lazım gəldikdə birbaşa rəy verə bilirlər. Şirkət funksiyanı geniş tətbiqdən əvvəl ilkin istifadəçilərin rəyləri əsasında təkmilləşdirməyi planlaşdırır.

MənbəTREND
Chosen
11
2
banker.az

3Sources