EN

Azərbaycan Basketbol Liqasının VII turunda növbəti oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasının VII turunda növbəti oyun keçiriləcək.

İdman.Biz xəbər verir ki, A qrupunda “Şəki” öz meydanında “Neftçi” ilə qarşılaşacaq.

Görüş Şəki Olimpiya İdman Kompleksində saat 14:00-da start götürəcək.

“Şəki” hazırda 8 xalla qrupda 3-cü pillədə qərarlaşıb. 7 xala malik “Neftçi” isə dördüncüdür.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “Lənkəran” “Sərhədçi”ni (83:78), “Naxçıvan” “Sumqayıt”ı (116:99) məğlub edib.

VII tura noyabrın 16-da yekun vurulacaq.

İdman.Biz

Məqalədə:
Chosen
42
1
idman.biz

3Sources