EN

Ölkədə neft bitumu və neft koksu üzrə istehsal həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 213,7 min ton neftbitumu istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 23,2 min ton və ya 9,8% azdır. Ötən ilin ilk 10 ayındaölkədə 236,9 min ton neft bitumu istehsal edilmişdi.

Bu ilin noyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 9,1 minton təşkil edib.

Bununla yanaşı, 2025-ci ilin yanvar-oktyabr aylarındaAzərbaycanda 191,3 min ton neft koksu istehsal edilib ki, bu da2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,5 min ton və ya 10,1%çoxdur. Ötən ilin müvafiq dövründə ölkədə 173,8 min ton neft koksuistehsal edilmişdi.

Cari ilin noyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 38,3min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalısahəsində istehsalın ümumi dəyəri 4,563 milyard manat olmaqla,əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artıb.

Məqalədə:
Chosen
50
1
az.trend.az

2Sources