AZ

Ölkədə neft bitumu və neft koksu üzrə istehsal həcmi açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 213,7 min ton neft bitumu istehsal edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,2 min ton və ya 9,8% azdır. Ötən ilin ilk 10 ayında ölkədə 236,9 min ton neft bitumu istehsal edilmişdi.

Bu ilin noyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 9,1 min ton təşkil edib.

Bununla yanaşı, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 191,3 min ton neft koksu istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,5 min ton və ya 10,1% çoxdur. Ötən ilin müvafiq dövründə ölkədə 173,8 min ton neft koksu istehsal edilmişdi.

Cari ilin noyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 38,3 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4,563 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artıb.

Seçilən
11
1
ikisahil.az

2Mənbələr