EN

Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22,553 milyardkilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə138,8 milyon kVt/saat və ya 0,6% çoxdur.

Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 21,8 milyardkVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da ötənilin ilk ayındakı göstərici ilə müqayisədə 127,9 milyon kVt/saat vəya 0,6% artım deməkdir.

Ümumilikdə Azərbaycanda elektrik enerjisi, qaz və buxaristehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilinyanvar-oktyabr aylarında 2,818 milyard manat dəyərində məhsulistehsal olunub və xidmətlər göstərilib.

Dövr ərzində ölkədə su təchizatı, tullantıların təmizlənməsi vəemalı sektorunda istehsal edilmiş məhsulların həcmi 542,7 milyonmanat təşkil edib.

Chosen
65
8
az.trend.az

9Sources