EN

Bu ilin on ayında neçə min əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin edilib?

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cari ilinyanvar-oktyabr aylarında əlilliyi olan 117 min şəxsi reabilitasiyaxidmətləri ilə təmin edib.

Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.

Bildirilib ki, onlardan 65,3 mininə ambulator, 27,6 mininəstasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada,sosial-psixoloji, hippoterapiya istiqamətləri üzrə reabilitasiyaxidmətləri göstərilib.

Son illər Agentliyin reabilitasiya müəssisələrində ənənəviüsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiyametodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, rəqsterapiyası, hippoterapiya və s.) də tətbiq edilir.

Habelə əlilliyi olan şəxslərə stasionar və ambulator xidmətlərləyanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda dareabilitasiya xidmətləri göstərilir.

Chosen
53
9
az.trend.az

10Sources