AZ

Yanvar oktyabr aylarında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə təmin edilib

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cari ilin yanvar-oktyabr aylarında əlilliyi olan 117 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

XQ xəbər verir ki, onlardan 65,3 mininə ambulator, 27,6 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, hippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.

Son illər Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, rəqs terapiyası, hippoterapiya və s.) də tətbiq edilir.

Habelə əlilliyi olan şəxslərə stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

Sosial şəbəkələrdə də bizi izləyin:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
7
xalqqazeti.az

8Mənbələr