EN

Azərbaycan millisinin Özbəkistanla matçının başlama saatı dəyişdirilib

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunlarında Özbəkistanla matçının başlama saatı dəyişdirilib.

İdman.Biz xəbər verir ki, bu barədə AHF-nin mətbuat xidməti məlumat yayıb.

“Green Hall” Olimpiya Kompleksində təşkil olunacaq görüş əvvəldən nəzərdə tutulduğu kimi bu gün Bakı vaxtı ilə saat 17:00-da deyil, 15:00-da start götürəcək.

Qeyd edək ki, milli B qrupunda Qazaxıstan və Özbəkistan komandaları ilə mübarizə aparacaq.

İdman.Biz

Chosen
53
9
idman.biz

10Sources