EN

Ukraynaya göndərməli olduqları yardımı bu ölkəyə ayıracaqlar

Macarıstan Ukraynanın əvəzinə Livana 1,5 milyon avro yardım göndərəcək.

Adalet.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyyarto deyir.

"Macarıstanın milli təhlükəsizlik maraqları Yaxın Şərqdə sülhdür... Biz Avropa Sülh Fondundakı payımızı Ukraynanı silahlandırmaq üçün istifadə etməyəcəyik. Bunun əvəzinə, Livan Silahlı Qüvvələrini dəstəkləmək üçün 1,5 milyon avro göndərəcəyik", - deyə Macarıstanın xarici işlər naziri bildirib.

Chosen
9
2
adalet.az

3Sources